Filippin sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri Cənubi Kotabato əyalətində yerləşən General Santos şəhərindən 127 km cənub-şərqdə olub. Ocaq 111 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.