Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında irəliləyiş üçün daha 6-8 həftə yaxşı hava şəraiti var.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, daha sonra əlverişsiz hava şəraiti ilə əlaqədar əks-hücum prosesi dayandırılacaq.
"Biz bilirik ki, əks-hücum hətta ukraynalıların da istədiyi qədər sürətlə getmir. Bu, hələ də amansız mübarizədir - əsas iki xətt Donbassda və Zaporojye vilayətinin cənubundadır. Onlar hər gün döyüşürlər. Vaxtdır. Bizim tərəfimizdən deyil.Hər iki tərəf üçün işlər çətinləşənə qədər orada daha 6-8 həftə yaxşı havamız var”, - o Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.