Qanunsuz kömür istehsal edən şəxslərlə bağlı tədbir görüldü

15:30 - 4 Oktyabr 2023 - ÖLKƏ İÇİ

“Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyası çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Ucnoqta.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayonu Qaraqaya kənd sakinləri Qürbət Hacıyev, Ramil Rüstəmov və Elçin Əzizov olduğu müəyyən edilib.

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”. 

Xəbər xətti