Rusiya təyyarələri İranda texniki xidmət və təmirdən keçəcək.
Ucnoqta.az xəbər verir ki, bunu İslam Respublikasının elm və texnologiya üzrə vitse-prezidenti Ruhullah Dehqani Firuzabadi deyib.
“Rusiya tərəfi İran şirkətləri ilə bir sıra iri müqavilələr imzalayıb ki, bu müqavilələrdə Rusiya Federasiyasından gələn təyyarələrin İslam Respublikasında texniki xidmət və təmirdən keçməsi nəzərdə tutulur”, - deyə İRNA-ya bildirib.
Rusiya rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.