Nigerdə ​​üsyançıların hücumu nəticəsində azı 60 əsgər həlak olub

12:03 - 4 Oktyabr 2023 - DÜNYA

Üsyançılar tərəfindən həyata keçirildiyi güman edilən hücumda ən azı 60 Niger əsgəri həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə RFI radiostansiyası mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi 29 nəfərin öldüyünü açıqlamışdı. Bununla belə, RFI-nin istinad etdiyi şahidlərin sözlərinə görə, itkilər azı 60 nəfər olub. Radiostansiyanın məlumatına görə, Nigerdə ​​üç günlük milli matəm elan edilib.

İyulun 26-da Niger Prezident Qvardiyasının bir qrup əsgəri qiyam qaldıraraq prezident Məhəmməd Bazumun istefaya göndərildiyini elan edib. 

Xəbər xətti