Ukraynanın Avropa İttifaqına daxil olması ona yeddi il ərzində icma büdcəsindən 186 milyard avro almağa imkan verəcək ki, bu da assosiasiyanın bir neçə üzv ölkəsini ilk dəfə olaraq xalis ödəyiciyə çevirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Aİ Şurasının Katibliyinin yeni üzvlərin qəbulunun Aİ üçün maliyyə nəticələrini qiymətləndirən sənədinə istinadən yazıb.
Ukraynaya gələn gəlirə Aİ-nin Ümumi Kənd Təsərrüfatı Siyasətindən 96,5 milyard avro, eləcə də iqtisadi və sosial bərabərsizliklərin azaldılması və davamlı inkişafın təşviqi məqsədi ilə Aİ Birlik Fondundan 61 milyard avro daxil olacaq.
Aİ-nin genişlənməsi Brüsselə ümumilikdə 256,8 milyard avroya başa gələcək.