Hindistanın şimal-şərqindəki daşqınlar nəticəsində ölkə ordusunun azı 23 hərbçisi itkin düşüb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Silahlı Qüvvələrinin Şərq Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Daşqına Himalay dağlarında yerləşən Lhonak buzlaq gölünün ərazisində yağan güclü yağışlar səbəb olub. Vəziyyət Teesta çayı üzərində yerləşən Teesta su elektrik stansiyasından suyun buraxılması ilə daha da ağırlaşıb. Onun səviyyəsi 4-6 m artdı və axınlar çay vadisi boyunca ordunun mövqelərini silib aparıb.
"Ən azı 23 əsgər itkin düşüb, bir neçə ordu maşını sel altında qalıb. Axtarış əməliyyatı aparılır", - qeyd olunur.
Daşqın nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Sel bəzi yolları sıradan çıxarıb.