Ankarada terror aktı törədənin şəxsiyyəti müəyyən edilib

08:50 - 4 Oktyabr 2023 - DÜNYA

Türkiyə Daxili İşlər Nazirliyi Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktını törədən kamikadzenin kimliyini müəyyən edib

Ucnoqta.az xəbər verir ki, onun PKK üzvü olduğu üzə çıxıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib.

Terror aktını törədən başqa bir PKK üzvü Həsən Oğuzun da olduğu daha əvvəl müəyyən edilib.

Daxili İşlər Nazirliyi əlavə edib ki, aparılan istintaq və terrorizmlə mübarizə davam etdiriləcək.

Xəbər xətti