BCM-nin Roma Əsasnaməsinin ratifikasiyasını təşviq edən və rusofob mövqe tutan erməni parlamentarilərə qarşı sanksiyaların tətbiqi ehtimalı istisna edilmir
Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa RİA Novosti-yə müsahibəsində deyib.
"Ermənistanın baş naziri Nikol Paşinyanın rusofob siyasəti ABŞ-ın təzyiqi altında baş verir, lakin bu cür hərəkətlərə görə parlament üzvləri də məsuliyyət daşıyır", - deputat bildirib.
Xatırladaq ki, Ermənistan BCM-nin Roma Əsasnaməsini rəsmən ratifikasiya edib.