Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

08:14 - 4 Oktyabr 2023 - DÜNYA

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Laoaq şəhərindən 135 km şimalda yerləşib. Zəlzələnin ocağı 39 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti