Cənubi Çin dənizinin Skarboro rifi bölgəsində qayığın ticarət gəmisi ilə toqquşması nəticəsində üç filippinli balıqçı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABS-CBN News məlumat yayıb.
Filippin Sahil Mühafizəsinin məlumatına görə, hadisə bazar ertəsi baş verib. Qayalıq ərazidən keçən naməlum ticarət gəmisi balıqçı gəmisinə çırpılıb.
Filippin hakimiyyəti insidentlə bağlı araşdırmalara başlayıb və toqquşmada iştirak edən gəmini müəyyənləşdirir.