Nigeriyada qayığın batması nəticəsində 20-dən çox adam boğulub

14:53 - 3 Oktyabr 2023 - DÜNYA

Nigeriyanın şimal-qərbində Niger çayında gəminin batması nəticəsində azı 22 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nigeriyanın “Punch” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, xilasetmə və axtarış tədbirləri davam etdirilir. Qayığın göyərtəsində neçə nəfərin olduğu dəqiq məlum deyil.

Xəbər xətti