İtaliya XİN Ukraynaya 8-ci hərbi yardım paketi üzərində işə başlayır

17:05 - 2 Oktyabr 2023 - DÜNYA

İtaliya gələn qışda Ukraynaya öz infrastrukturunu qorumaqda kömək etməyə hazırdır və Kiyev üçün səkkizinci hərbi yardım paketi üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, ANSA-nın məlumatına görə, bunu Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü zamanı İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani deyib.

Onun sözlərinə görə, Tajani “Kiyevin Aİ-yə üzvlük yolunda” İtaliyanın dəstəyinə zəmanət verib. O əlavə edib ki, 2024-cü ildə İtaliyanın G7-yə sədrliyi zamanı Ukrayna mövzusu mərkəzi olacaq. İtaliya baş nazirinin müavini Aİ Şurasının xarici işlər nazirləri səviyyəsində qeyri-rəsmi iclasında iştirak etmək üçün bazar ertəsi Ukrayna paytaxtına gəlib.

İtaliya indiyədək Kiyevə yeddi paketdə silah tədarük edib, onların məzmunu məxfiləşdirilib. 

Xəbər xətti