Əl-Qaidə Yəmən xüsusi təyinatlılarının rəhbərinə sui-qəsdə cəhd edib

15:48 - 2 Oktyabr 2023 - DÜNYA

“Əl-Qaidə” terror təşkilatının silahlıları Yəmən xüsusi təyinatlılarının komandanı, general Fadl Baaşa sui-qəsd cəhdi ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, Baaşın avtomobili minalanıb, lakin general xilas ola bilib. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Xəbər xətti