“Əl-Qaidə” terror təşkilatının silahlıları Yəmən xüsusi təyinatlılarının komandanı, general Fadl Baaşa sui-qəsd cəhdi ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, Baaşın avtomobili minalanıb, lakin general xilas ola bilib. Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.