Avropa İttifaqı Lissabondan Luqanska qədər genişlənəcək
Ucnoqta.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfəri zamanı deyib.
"Ukraynanın gələcəyi Avropa İttifaqında, bizim azadlıq icmasındadır və tezliklə o, Lissabondan Luqanska qədər genişlənəcək. Ukraynanın azad etdiyi hər bir kəndlə, hər metrlə, onun AB-yə gedən yolu öz xalqını xilas etdiyi hər metrlə, o da genişlənir” - o, deyib.
Burbok əmin edib ki, avropalı dostlar və tərəfdaşlar bu yolda Ukraynanı dəstəkləyəcəklər.