Banqladeşdə denge qızdırması qurbanlarının sayı mini keçib

13:15 - 2 Oktyabr 2023 - DÜNYA

Banqladeşdə ilin əvvəlindən bəri Denge qızdırmasından ölənlərin sayı 1006-ya çatıb

Ucnoqta.az xəbər verir ki, ölkənin Səhiyyə Xidmətləri Baş Müdirliyi bildirib.

Məlumata görə, qızdırmadan ölənlər arasında 112 uşaq var. 

Denge xəstəliyindən əvvəlki ən yüksək ölüm nisbəti 281 nəfərin öldüyü 2022-ci ildə Banqladeşdə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Banqladeşdə baş verən dang qızdırmasının qeydə alınmış ən pis hadisə olduğunu bəyan edib.

Xəbər xətti