“Antiterror əməliyyatlarından sonra bir qisim kritik ərazilərdə minatəmizləmə işləri aparılır”.
Ucnoqta.z xəbər verir ki, bu fikirləri ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, artıq qismən bəzi işlərə başlanılıb:
“Ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyiblər. Bu mənada həmin ərazilərdə tərəfimizdən qismən zəruri tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirib və ölkənin süverenliyini bərpa edib.///oxu.az