Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak ölkənin Böyük Britaniya tərəfindən respublikaya göndərilmiş "Eurofighter Typhoon" qırıcılarını qəbul etdiyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Polşalı nazirin X sosial şəbəkəsindəki səhifəsində yazdığı kimi, qırıcı təyyarələrin tədarükü Blaşçak ilə Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri arasında aparılan danışıqların nəticəsi olub. Britaniyalı pilotlar Polşa hava məkanında patrulluq etmək üçün F-16 təyyarələri ilə uçan polşalı pilotlara qoşulacaqlar.
Britaniyanın müdafiə departamentinin rəhbəri Qrant Şapps Polşada çoxməqsədli “Tayfun” qırıcılarının peyda olacağından danışıb. O, təhvil-təslimatı Rusiyanın iddia edilən işğal təhlükəsi fonunda NATO müttəfiqinə dəstəyin “güclü siqnalı” adlandırıb.