Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa qüvvəyə minir

12:01 - 2 Oktyabr 2023 - DÜNYA

Rusiya avtomobillərinin Bolqarıstana girişinə qadağa oktyabrın 2-nin sonundan qüvvəyə minəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının efirində Sərhəd Polisinin direktoru, baş komissar Anton Zlatanov məlumat verib.

 Zlatanov Rusiya qeydiyyatında olan avtomobillərin hər ay ölkəyə nə qədər daxil olduğunu dəqiqləşdirməyib, lakin onların çox olmadığını qeyd edib.

Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa artıq Litva, Latviya, Estoniya, Polşa və Finlandiyada qüvvədədir və oktyabrın 3-dən Norveçdə tətbiq olunacaq.

Xəbər xətti