Türkmənistanda yeni dövlət mükafatı - "Arkadağ" medalı təsis edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə qanunu ölkə prezidenti Serdar Berdiməhəmmədov imzalayıb, sənəd “Neytral Türkmənistan” rəsmi qəzetində dərc olunub.
Bildirilir ki, Türkmənistanın Arkadağ medalı humanist təşəbbüsləri geniş şəkildə dəstəkləmək, əldə edilmiş xidmətlərə, toplanmış təcrübəyə hörmət və Qurbanqulu Berdiməhəmmədov adına qayğıya ehtiyacı olan uşaqlara yardım üçün Xeyriyyə Fondunun artan beynəlxalq nüfuzunu dəstəkləmək məqsədi ilə təsis edilib.
O, dövlət sosial siyasətinin həyata keçirilməsində, sosial sahənin inkişafında xidmətləri olan həkimlər, müəllimlər, təhsil işçiləri, elm, yaradıcılıq, dövlət və ictimai xadimlər, , insanın və vətəndaşın sosial və məişət hüquqlarının, sağlamlıq hüquqlarının, qanuni mənafelərinin müdafiəsi, analıq və uşaqlıq maraqlarının təmin edilməsində xidmətlərə görə və s. habelə digər vətəndaşlara (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxil olmaqla) veriləcək.
Diametri 45 mm olan medal qızılla üzlənmiş gümüşdən hazırlanıb.