Misirdə polis binası yanıb

08:19 - 2 Oktyabr 2023 - DÜNYA

Misirin İsmailiyyə şəhərində Misir Təhlükəsizlik İdarəsinin (polis) binası tamamilə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın səkkizmərtəbəli binanın bir neçə mərtəbəsində baş verib.

Misirin Youm7 nəşri Mülki Müdafiə Qüvvələrinin yanğını nəzarət altına almağa və alovun yayılmasının qarşısını almağa çalışdığını, lakin yanğının səbəbi ilə bağlı rəsmi açıqlama verilmədiyini bildirib.

Xəbər xətti