Suriya Ərəb Respublikası Ankaranı qoşunlarını ölkə ərazisindən çıxarmağa çağırıb
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb. Suriya xarici işlər nazirinin müavini Bəssam əs-Sabahın bəyanatına görə, Suriya türk hərbçilərinin öz ərazisində olmasını qeyri-qanuni işğal hesab edir və iki ölkə arasında münasibətlərin normallaşması üçün Türkiyənin hərbi qüvvələrini geri çəkməsi zəruridir. Bassama əs-Sabah BMT Təhlükəsizlik Şurasının Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət tələb edən bir sıra qətnamələrinə işarə edərək, Türkiyənin də iştirak etdiyi Astana formatı çərçivəsində də oxşar bəyanatların verildiyini qeyd edib.
O vurğulayıb ki, Türkiyə qoşunlarını çıxarmalıdır və əməkdaşlığın digər aspektlərini müzakirə etməyə hazırdır, lakin qoşunların mövcudluğunda israr etmək qəbuledilməzdir.