Qara dənizdə Kiyevin alternativ taxıl dəhlizi ilə hərəkət edən üç yük gəmisi Ukraynanın Çernomorsk və Yujnı limanlarını tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu Marine Traffic gəmi izləmə xidmətinin məlumatlarında qeyd edilib.
Məlumata görə, “Azara” yükdaşıyıcısı hazırda Bolqarıstanın Burqas limanına, Ying Hao 01 ilə İstanbula, Eneida isə İspaniyanın Malaga limanına gedir.