Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır.
Ucnoqta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə yarmarka oktyabrın 22-dək fəaliyyət göstərəcək.
Yarmarka hər gün saat 09:00-dan 19:00-dək Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) olacaq.