Azərbaycan hökuməti bütün ölkə ərazisinin yaşıllaşdırılmasını qarşıya hədəf kimi qoyub.
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
"Hazırda Abşeron yarımadasında 21 min hektara yaxın yaşıllıq sahəsi mövcuddur. Bu, həmin ərazinin cəmi 5 %-ni təşkil edir. 2024-2030-cu illərdə əlavə 6 min hektardan artıq ərazidə yeni yaşıllıqların salınması nəzərdə tutulub. Bütövlükdə isə bütün ölkə ərazisinin yaşıllaşdırılması hədəflənir. Bu istiqamətdə geniş miqyaslı ağacəkmə kampaniyaları həyata keçirilir", - deyə o qeyd edib.