Tayvan silahlı qüvvələri son 24 saat ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 23 təyyarəsi və 5 gəmisini qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə departamentinin saytında yerləşdirilən məlumatda deyilir.
İddiaya görə, dörd təyyarə adanın cənub-qərb və cənub-şərqindəki hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub. Onların arasında iki H-6 strateji bombardmançı və iki Z-9 sualtı qayıq əleyhinə helikopter də olub.
Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib.