Bir neçə ukraynalı pilot ABŞ-da ingilis dili kursları keçməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı deyib. Bu, onların F-16 döyüş təyyarələrini idarə etmək üçün təlim proqramının bir hissəsidir.
"Bir neçə pilot üçün ingilis dili təlimi başlayıb".
O, vurğulayıb ki, kursların müddəti ukraynalı pilotların bacarıqlarından asılı olacaq.