Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili keçmiş həyat yoldaşı Sandra Rulovsu həyatının əsas sevgisi adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, onunla görüşdən sonra Facebook-da yazıb.
“Sandra görüşməkdən zövq aldığım ən mehriban və ən ağıllı insandır. Qazandıqlarımın çoxunu ona borcluyam” -eks-prezident deyib. Siyasətçi keçmiş həyat yoldaşına əzab verdiyinə görə peşman olduğunu da bildirib. O, cütlüyün iki oğul böyütdüyünü xatırladıb.