Macarıstan Ordusu Almaniyadan 44 "Leopard 2A7" tankı alacaq
Ucnoqta.az-ın məlumatına görə, bu barədə TASS Macarıstanın müdafiə naziri Krystof Szalay-Bobrownickiyə istinadən xəbər verir. Macarıstan ordusu Almaniyadan 44 Leopard 2A7 tankı alacaq - bu, alman tankının ən son modifikasiyalarından biridir.
Nazir əlavə edib ki, Münhendəki Krauss-Maffei Vegmann zavoduna səfərinin nəticələrinə əsasən, Macarıstan öz ordusu üçün Almaniyadan digər növ zirehli texnikalar da alacaq.