Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistanın Sünik vilayətinin Qoris şəhərinin meri ilə baş konsulluğun vaxtından əvvəl açılması perspektivlərini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“2023-cü il sentyabrın 28-də Rusiya Xarici İşlər Nazirliyinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun açılması üzrə qabaqcıl qrupunun rəhbəri ilə Qoris şəhərinin meri arasında görüş keçirilib. Ermənistanın cənubunda yaşayan Rusiya vətəndaşlarının konsulluq xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni Rusiya konsulluq idarəsi”, - məlumatda deyilir.
Tərəflər bəyan ediblər ki, yeni baş konsulluq Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək.