Finlandiya nüvəsiz dövlət olaraq qalmaq niyyətindədir və NATO üzvü olsa belə, öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkanen “İlta-Sanomat” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, NATO-nun prinsipcə, nüvə silahına malik olan ölkələrdən başqa yeni ölkələrdə də nüvə silahı yerləşdirmək niyyətində deyil.
Buna baxmayaraq, Finlandiyanın müdafiə naziri qeyd edib ki, Finlandiya alyansın nüvə strategiyasının həyata keçirilməsinə mane olmayacaq. Qəzet qeyd edir ki, NATO nəzəri olaraq, nüvə silahını hədəfə çatdırmaq üçün respublika ərazisindən istifadə edə bilər.
Xatırladaq ki, Finlandiya 4 aprel 2023-cü ildə rəsmi olaraq NATO-ya üzv olub.