NATO-nun kəşfiyyat təyyarəsi Litvaya çatıb

16:58 - 28 Sentyabr 2023 - DÜNYA

NATO-nun AWACS təyyarəsi Şaulyai şəhərindəki Zokniai aviabazasına kəşfiyyat missiyasını yerinə yetirmək üçün gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanlığı məlumat yayıb.

“Litvanın Zokniai aviabazasında ilk dəfə yerləşdirilən AWACS kəşfiyyat təyyarələri cümə axşamı günü öz tapşırıqlarını yerinə yetirməyə başlayacaq”, - deyə məlumatda bildirilir.

Plana əsasən, analoji missiyada olduqları Türkiyədən gələn uzaqmənzilli radar aşkarlayan təyyarələr bir neçə həftə ərzində Litvadan NATO üzvü olan ölkələrin ərazisi üzərində uçacaq.

Zokniai aviabazasında yerləşən kəşfiyyat təyyarələrinin sayı göstərilmir, lakin onlar cəm şəklində qeyd edilir. Təxminən 150 nəfərdən ibarət xüsusi hərbi kontingent onlarla birlikdə gəlib.

Xəbər xətti