Tokayev Rusiyaya qarşı sanksiyalara əməl edəcəyinə söz verib

16:39 - 28 Sentyabr 2023 - DÜNYA

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Rusiyaya qarşı sanksiyalara əməl edəcəyinə söz verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kasım Jomart Tokayev Almaniya kansleri Olaf Scholz ilə görüşündə deyib.

“Qazaxıstan açıq şəkildə bəyan edib ki, sanksiyalara əməl edəcək və sanksiyalar rejiminə əməl etmək üçün müvafiq təşkilatlarla əlaqə saxlayır”, – prezident vurğulayıb.

Bundan əvvəl Qazaxıstan anti-Rusiya sanksiyalarını dəstəkləməyə hazır olduğunu bəyan edib.

Xəbər xətti