Finlandiya Norveçlə sərhəd nəzarətini gücləndirib

16:35 - 28 Sentyabr 2023 - DÜNYA

Finlandiya Rusiya Federasiyasından avtomobillərin tranzitini dayandırmaq üçün Norveçlə sərhəd nəzarətini gücləndirib

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Barents Observer” internet nəşri məlumat yayıb. Finlandiya hakimiyyəti rus avtomobillərinin Norveç ərazisindən tranzitlə ölkəyə daxil olmasının qarşısını almaq üçün Norveçlə sərhəddəki Neiden keçid məntəqəsində 24 saatlıq nəzarət tətbiq edib.

İki ölkənin gömrük əməkdaşlarından ibarət birgə patrul keçid məntəqəsində gecə-gündüz növbətçilik edir. Əvvəllər yalnız gündüzlər yola daim nəzarət edirdilər, gecələr isə təsadüfi yoxlamalar aparırdılar. Nəşrin məlumatına görə, Finlandiyanı Norveçlə birləşdirən daha beş yolda da təhlükəsizlik tədbirləri gücləndirilib.

Belə ki, Finlandiya gömrüyü qonşu dövlətin ərazisindən Rusiya avtomobillərinin ölkəyə daxil olmasının qarşısını almaq niyyətindədir.

Xəbər xətti