Avropa Siyasi Birliyinin oktyabrın 5-də Qranadada keçiriləcək iclasında əsas müzakirə mövzusu Aİ-nin 36 ölkəyə mümkün genişlənməsi olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın Avropa İttifaqına sədrliyinin saytında məlumat verilib.
“28 sentyabrda keçiriləcək qeyri-rəsmi nazirlər görüşündə 36-ya qədər üzv dövlətdən ibarət Aİ-nin yaradılması üçün daxili hazırlıqların zəruriliyinə, eyni zamanda Aİ-nin namizəd ölkələrə dəstəyinin gücləndirilməsinə, eləcə də Açıq Strateji Özünüidarəetmə Konsepsiyasına uyğun olaraq digər dünya və üçüncü ölkələrlə əməkdaşlıq əsas diqqət yetiriləcək”, - məlumatda deyilir.
Hazırda Avropa İttifaqına 27 ölkə daxildir. Qoşulmağa namizəd ölkələr Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Bosniya və Herseqovina, Ukrayna və Moldovadır. Kosovo da namizəd statusu uğrunda mübarizə aparır.