Yaponiya hökuməti Ukraynanın enerji infrastrukturunun bərpası prosesinə dəstək çərçivəsində iki böyük transformator yarımstansiyası göndərib. Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu yarımstansiyaların qışda təxminən 500 min Kiyev sakinini elektrik enerjisi ilə təmin etməyə kömək edəcəyi vurğulanır. Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Yaponiya beynəlxalq ictimaiyyət, ilk növbədə G7 ölkələri ilə Ukrayna xalqını dəstəkləməyə yönəlmiş sıx əməkdaşlığı davam etdirəcək”