İraqın Kərkük vilayətində toyda baş verən kütləvi zəhərlənənlərin sayı 262 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı yerli polis idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, toyda qonaqların zəhərlənməsində iştirak ittihamı ilə azı 3 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradıb. Zərərçəkmişlərin hamısına tibbi yardım göstərilib və halları yaxşılaşdığı üçün hazırda xəstəxananı tərk edə biliblər.