İraq hakimiyyəti 25 Əfqanıstan vətəndaşını həbsdən azad etmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Həşt-e Subh” qəzeti radikal “Taliban” hərəkatının formalaşdırdığı hökumətdə Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Hafiz Ziya Əhmədə istinadən məlumat yayıb.
Məlumata görə, əfqanlar sənədləri olmadığı üçün Bağdadda saxlanılıblar. Onların hamısı azadlığa buraxıldıqdan sonra sağ-salamat vətənə qaytarılıb. Taliban xarici işlər nazirliyinin sözçüsü Əfqanıstan vətəndaşlarının dəqiq nə vaxt saxlanıldığını açıqlamayıb, lakin qəzet bunun Ərbəin matəm ziyarəti mövsümündə baş verə biləcəyini bildirib.