"Volkswagen" Almaniyadakı zavodlarında istehsalı bərpa edib

09:48 - 28 Sentyabr 2023 - DÜNYA

Almaniyanın "Volkswagen" avtomobil konserninin İT sistemlərində yaranan problemlər aradan qaldırılıb və şirkətin Almaniyadakı zavodlarında istehsal bərpa olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bild qəzeti avtomobil istehsalçısının nümayəndəsinə istinadən yazıb.

"Volkswagen sistemlərində İT infrastrukturu ilə bağlı problemlər bir gecədə həll olundu və şəbəkə yenidən stabil işləyir", - avtomobil istehsalçısının nümayəndəsi bildirib. Şirkət tətbiqləri yenidən işə salır.

Qeyd edək ki, Almaniyadakı dörd Volkswagen zavodunda istehsalın şirkətin İT sistemlərindəki problemlərə görə dayandırılmışdı. 

Xəbər xətti