Ukrayna bir gecədə 30-dan çox "Şahed" PUA-nı vurub

08:30 - 28 Sentyabr 2023 - DÜNYA

Hava hücumundan müdafiə qüvvələri gecə saatlarında 30-dan çox "Şahed" PUA vurub

Ucnoqta.az xəbər verir ki, Ukraynanın cənubundakı Müdafiə Qüvvələrinin sözçüsü Nataliya Qumenyukun sözlərinə görə, hücum müxtəlif istiqamətlərdən bir neçə qrup hücum pilotsuz təyyarələrinin buraxılması ilə həyata keçirilib.

"Düşmən müxtəlif istiqamətlərə, o cümlədən mərkəzi rayonlara hücum pilotsuz təyyarələri göndərib. Hücumun nəticələri hələ də yekunlaşdırılır, çünki bu, kütləvi xarakter daşıyırdı. Lakin hava hücumundan müdafiə işləri kifayət qədər səmərəli olub. 30-dan çox pilotsuz uçuş aparatı məhv edilib. Baş Qərargah daha dəqiq rəqəm verəcək”, - deyə Qumenyuk bildirib.

Xəbər xətti