Ukrayna hərbçiləri Rabotino-Verbovoydə cəbhə xəttini yarıb
Unoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sentyabrın 26-da yayılan geolokasiya görüntülərində Rusiya pilotsuz təyyarəsinin Verbovenin qərbindəki səngərdə Ukrayna piyadalarına zərbələr endirdiyi görünür. Rusların PUA-lardan istifadə etməsi onu göstərir ki, rus qoşunları Verbovoydan təxminən bir kilometr qərbdə öz səngərlərindən çıxarılıb.
Bildirilir ki, Ukrayna qoşunları artıq Robotino-Verbovoye xəttində minalanmış əraziləri və “əjdaha dişləri” tank əleyhinə istehkamları keçiblər.