Oğuzda yol-nəqliyyat hadisəsi olub.
Ucnoqta.az xəbər verir ki, hadisə Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub və avtomobil kanala aşıb.
Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.