Azərbaycan XİN İraqa başsağlığı verib

18:37 - 27 Sentyabr 2023 - Xəbər

Azərbaycan Xarici İşlər Nazirliyi İraqda baş vermiş faciə ilə əlaqədar İraq xalqına və rəhbərliyinə başsağlığı verib.

Bu barədə nazriliyin sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Neynəva əyalətində şadlıq sarayında baş verən yanğında 115-dən çox insanın həlak olması və onlarla insanın yaralanması ilə əlaqədar həlak olanların ailələrinə, eləcə də İraq hökumətinə və xalqına başsağlığı veririk”, - paylaşımda deyilir.

Xəbər xətti