SOCAR-ın yanacaqla dolu 2 avtomobili Xankəndiyə yola düşüb.
APA xəbər verir ki, 34 ton dizel, 30 ton benzin Ağdam-Əsgəran-Xankəndi yolu ilə Qarabağın erməni sakinlərinə çatdırılacaq.
Qeyd edək ki, bundan öncə də Xankəndiyə SOCAR-ın maşınları ilə 64 ton yanacaq göndərilib.