Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən qatarda kondisioner işləməyib:
“Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür”.
Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına beş dəqiqə gecikmə ilə çatıb.