Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində toy mərasimində yaranan mübahisə kütləvi dava ilə nəticələnib, 27 yaşlı gənc ağır xəsarət alıb.
Ucnoqta.az Report-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü Bəşirov Musaqulu Mübariz oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona üz-baş və bədənin çoxsaylı hematoması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.