Yaponiyanın yeni müdafiə ABŞ-a səfər edəcək

07:01 - 26 Sentyabr 2023 - DÜNYA

Sentyabrın 13-də hökumət dəyişikliyi zamanı bu vəzifəyə təyin edilmiş Yaponiyanın yeni müdafiə naziri Minoru Kihara oktyabrın əvvəlində ABŞ-a səfər etməyi və amerikalı həmkarı Lloyd Ostinlə görüşməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Nazirlərin müzakirə edəcəyi mövzular arasında Ukraynadakı vəziyyət, Çinin hərbi fəallaşması, KXDR-in nüvə-raket proqramı və Koreya yarımadasındakı vəziyyət, həmçinin Yaponiya-Amerika müttəfiqliyinin daha da möhkəmləndirilməsinin olacağı gözlənilir.///tass

Xəbər xətti