Şabran rayonunda 55 yaşlı qadın dəm qazından boğulub.
"Report"un verdiyi məlumata görə, rayonun Dəvəçikənd sakini, 1968-ci il təvəllüdlü Əhmədova Rəsmiyyə Qazəhməd qızı yaşadığı evdə hamam otağında huşsuz vəziyyətdə tapılıb.
Hadisə yerinə Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərildikdən sonra o, Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.