Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev "Adana Demirspor"da debüt edib.
Ucnoqta.az xəbər verir ki, qapıçı Superliqanın 6-cı turunda "Kasımpaşa" ilə səfər oyununda meydana çıxıb.
O, ilk 11-likdə yer almasa da, 23-cü dəqiqədə qırmızı vərəqə alan digər qapıçı Ertaç Özbiri əvəzləyib. Oyun "Kasımpaşa"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin oyunda 2 qol buraxıb. O, meydana çıxdıqdan cəmi 2 dəqiqə sonra - 25-ci və 51-ci dəqiqlərdə qapısında qol görüb. "Kasimpaşa" 2-ci qolu penaltidən vurub.
"Adana Demirspor" 8 xalla 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev bu yay "Qarabağ"dan "Adana Demirspor"a keçib.///qol.az